ABŞ belə yaranıbbackend

ABŞ belə yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FLORİDA

Amerikalılar üçün köhnə və yeni dünyada bir zamanlar xoşbəxtliyin simvolu kimi tanan Florida da ABŞ hökümətinin olmayıb və İspaniyadan kiçik məbləğdə pul müqabilində alınıb. Bu razılaşma isə, ABŞ-ın Avropa dövlətləri ilə müharibəsindən sonra baş tutub. Bundan əlavə, ABŞ höküməti, Floridanın hər kvadrat kilometrinə müəyyən məbləğ ödəyib ki, bu da bu ştatın nə qədər zəngin sərvətlərə malik olduğunun göstəricisidir. Rəsmi rəqəmlərə görə, Vaşinqton bu ştatı ələ keçirmək üçün 5.5 milyon dollar pul ödəyib. Lakin qeyri-rəsmi rəqəmlərə və İspaniya tərəfinin açıqlamalarına görə, bu rəqəm daha da az olub. ABŞ hökuməti 300-illik tarixi keçmişi olan Floridanın müqavilə ilə, 1819-cu ildə öz ərazilərinə qoşa bildi. İmzalama mərasimində İspaniyanın xarici işlər naziri Luis de Onis və ABŞ rəsmisi Con Adams iştirak edib və sənədi imzalayıblar.

LUZİANA

Luiziana 2.1 milyon kvadrat km ərazi ilə, ABŞ-ın bu günə qədər pulla aldığı ərazilər arasında ən böyük və ən ucuz ştatıdır. ABŞ hökümətinin 23% ərazisini təşkil edən Luziana Fransa hökümətinə məxus idi. Lakin Fransa hömükəti ərazini 1800-cü ilin əvvələrində 15 milyon dollara ABŞ hökümətinə satdı. Bu isə, çox gülünc məbləğ idi. Belə ki, ərazinin hər bir hektarı sadəcə olaraq 7 dollara düşürdü. Buna baxmayaraq, Fransa höküməti 2.1 milyon kvadrat km ərazisi olan Luziana ştatını, ABŞ-a satmış oldu. Bundan əlavə, 15 milyon dollar bir dəfəyə yox, Kredit şəkilində Fransa hökumətinə ödəndi.

ALYASKA

Alyaska Rusiya ərazisi olmaqla yanaşı, 1867-ci ildə, Rusiya əraziləri içində ən əlverişsiz ərazisi kimi tanınmaqda idi. Buna görə də, 1867-ci ildə ərazi Rusiya höküməti tərəfindən Şimali Amerikaya 7.2 milyon dollara satıldı. Bu rəqəm 2013-cü ilin alıcılıq qabiliyyətinə görə, 107 milyon dollar edirdi. Buna baxmayaraq, 7.2 milyon dolların 1.5 milyon kvadrat km əraziyə verilməsi ilə, hər hektar 5 sentə düşürdü. ABŞ hökuməti ilk əvvəllərdə buraya əlverişsiz yer kimi baxsa da, daha sonralar burda nəhəng miqyaslı qızıl yataqları aşkar edildikdən sonra, Alyaska iqtisadi gücə malik bir yerə çevrildi.

VİRCİNİYA adaları

Virciniya adaları 25 milyon dollara Danimarkadan 3-cü cəhddə alınıb. Öz əlverişli təbiəti, mineral su resursları ilə fərqlənən bu adalar 1946-cı ilə kimi, Danimarka hökümətinin imtinasına görə, ərazi tam alına bilmirdi. Buna baxmayaraq, 1946-cı ildə, 3 dəfə təklifdən sonra Danimarka hökümətinin məcburi razılaşmaya gətirilməsindən sonra ərazi ABŞ-ın tərkibinə qatılmış oldu.

KALİFORNİYA, NYU-MEKSİKO, ARİZONA, NEVADA

1845-ci ildə Yuta ərazilərini Meksikadan almaq üçün ABŞ müharibə elan etdi. Bundan əlavə, Meksikanın ən tanınmış ərazisi olan Texasın da ABŞ tərəfindən istənilməsi, Meksika hökumətinin müharibəyə başlamasına zəmin yaratdı. Müharibəni “alovlandıran” səbəb isə, ABŞ-ın Texası zor gücünə zəbt edərək, öz ərazilərinə qatması oldu. Buna etiraz edən Meksika, 1845-ci ildə ABŞ-Meksika müharibəsini başlatdı. Müharibə isə, ABŞ hökümətinin hərbi üstünlüyü və maddi imkanına görə, daha da pis nəticələrlə bitdi. Belə ki, müharibənin əvvəlində ABŞ höküməti, Meksikanın müəyyən ərazilərini ələ keçirmək istəyirdisə, müharibədən sonra ABŞ höküməti Meksikanın daha 3 əlavə ərazisi olan Yuxarı Kaliforniya, Nyu-Meksika və aşağı Rio-Qrande ərazilərini də ələ keçirdi. Bu, Qvadelupe-İdalqo müqaviləsi əsasında baş verdi. Bunun nəticəsində isə, Meksikanın 1853-cü ildə sahəsi yarı-yarıya azaldı. ABŞ hökümətinin ərazisinə isə Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada, Yuta kimi ərazilər zor gücünə əlavə olundu.

İnterpress.az
Abuzər Azəroğlu