İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb və ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
İnterpress.az