Həyat yoldaşı və qızları İŞİD-ə qoşulan şəxs barədə – Məhkəmə qərarıbackend

Həyat yoldaşı və qızları İŞİD-ə qoşulan şəxs barədə – Məhkəmə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə İlqar Yusifovun xeyrinə qərar çıxarıb. Məhkəmə hər iki qız övladının anasından alınıb atasına verilməsi ilə bağlı qərar çıxarıb. Bundan əlavə, İ.Yusifovun qızları üçün verməli olduğu alimentin də dayandırılması ilə bağlı qərar verilib.

Qeyd edək ki, Bakı sakini İlqar Yusifov AzNews.az-a müraciət edərək ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.
Bildirib ki, ailəsinin Suriyaya qaçacağını əvvəldən hiss etdiyinə görə aidiyyəti qurumlara müraciət edib, müəyyən vəzifəli şəxslərlə şəxsən görüşərək problemi onlara çatdırıb. Həmin şəxslər məsələni diqqətdə saxladıqlarını, ailənin ölkədən çıxmasının mümkün olmayacaqlarını bildiriblər.
Lakin bir müddət sonra ailə sərhədi keçə bilib. Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi ailənin sərhədi qanunsuz olaraq necə keçməsi barədə araşdırmalalara başladığını bəyan etsələr də, hələlik heç bir nəticə yoxdur.

İnterpress.az