Masallı sakini donaraq ölübbackend

Masallı sakini donaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saatlarında kənddə yerləşən tikinti materiallarının satış bazasının arxasında qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində aparılıb.

Araşdırmalar zamanı onun Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən olunub.

İlkin ehtimala görə mərhum sərxoş olub və soyuqdan donub.

Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az