İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar Mərkəzi (İSBAM) Xocalı Soyqırımının 30 illiyi münasibətilə layihə həyata keçirir.
Mərkəzin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata əsasən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçiriləcək layihə Ukraynada baş tutacaqdır.
Layihə ilə bağlı hazırlıq işləri bu ilin fevral ayının 1-dən başlayıb.
Layihə çərçivəsində Xocalı Soyqırımını əks etdirən, anladan müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə fevral ayının 14-dən başlayaraq, ayın sonuna qədər Ukraynanın Kiyev, Xarkov, Dnepr və Nikolayev şəhərlərində keçiriləcəkdir.