Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın aprelin 22-də söndürülüb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyininin yerli idarəsindən bildirilib.
Məlumata görə, Mərkəzin yanması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 24 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyəti ağır olduğu bildirilib.
Hazırda yanğının dəqiq səbəbi araşdırılır.
Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı elmi-araşdırma mərkəzində yanğın baş verib.