Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə 2022-ci ilin 19 may tarixində Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başlamışdır.
İnterpress.az xəbər verir ki, cari ilin may ayının 23-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, paytaxt Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər.
Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edəcəklər.
Qeyd olunan səfərlə bağlı Səfirlik tərəfindən mütəmadi olaraq məlumat veriləcəkdir.