Tələbə krediti ala bilməyənlərin sayı açıqlandıbackend

Tələbə krediti ala bilməyənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə, yaz sessiyasında ümumilikdə 4478 tələbə müraciət edib.

Onlardan 658-i natamam, 525-i emalda olan müraciətdir. 279 müraciətə imtina verilib, 504 müraciət isə banka göndərilib. Yaz sessiyasında ümumilikdə 2512 təhsil tələbə krediti verilib. Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti olub.