Zelenski: “Danışıqlar bu halda bərpa olunacaq”backend

Zelenski: “Danışıqlar bu halda bərpa olunacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna işğal olunmuş bütün əraziləri azad edildikdən sonra Rusiya ilə danışıqlara qayıdacaq.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində bildirib.

“Biz bütün ərazimizi qaytarmalıyıq, sonra danışıqlar masasına oturacağıq”, – Zelenski şərtini açıqlayıb.

O, Krımın və Donbasın Ukraynaya məxsus olduğunu bir daha diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, indi əsas vəzifə 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsidir.