ABŞ-in sabiq prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Əməliyyat ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həyata keçirilib. Məlumata görə, sui-qəsd İŞİD-lə əlaqəsi olduğu ehtimal edilən şəxs tərəfindən həyata keçirilib.
FTB ekstremistin “WhatsApp” yazışmalarını izləməsi sayəsində onun planlarını üzə çıxarıb. Şübhəli şəxs qətlin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırdığını etiraf edib.
Həmin şəxsin adı açıqlanmayıb.
O, öz hərəkətini belə izah edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Buş məsuliyyət daşıyır. Bu səbəbdən Buşun öldürülməsinə qərar verib.