Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq niyyətindədir.
Bu barədə France-Presse agentliyi məlumat yayıb.
Söhbət Paris vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə 13:30) baş tutacaq. Agentliyin məlumatına görə, söhbətin mövzularından biri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi ola bilər.