Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib.
Bu barədə Baş nazir Edi Ramanın NATO-nun Avropadakı baş komandanı, amerikalı general Todd Uolters ilə görüşündən sonra məlumat yayılıb.
“Tiranadan 180 km məsafədə yerləşən Paşaliman hərbi dəniz bazası Şimali Atlantika Alyansı üçün lazım ola bilər”, – məlumatda deyilir.
Vlore şəhəri yaxınlığındakı körfəzdə yerləşən Paşalıman yeraltı bazası 1950-ci illərdə tikilib və SSRİ tərəfindən sualtı qayıqlarının yerləşdirilməsi üçün istifadə edilib. Hazırda bazada Albaniya Hərbi Dəniz Qüvvələrinin idarə etdiyi yalnız bir neçə döyüş gəmisi, o cümlədən dörd sualtı qayıq yerləşdirilib.