Finlandiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edibbackend

Finlandiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Prezidenti Sauli Niinistödən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

İnterpress.az xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.