NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcəkbackend

NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın NATO-dakı nümayəndəsi Françesko Mariya Talo bildirib ki, alyans iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyasında Rusiyanın statusunu dəyişəcək və ona Çin də əlavə olunacaq.

Bu barədə interpress.az AP-yə istinadən xəbər verir.

“Biz son sənəddə tərəfdaş hesab edilən Rusiyaya münasibətimizi dəyişəcəyik və hələ strategiyaya daxil olmayan Çini də ora daxil edəcəyik”, – diplomat deyib.

Talo əlavə edib ki, sammitdə Finlandiya və İsveçin NATO-ya qəbulu məsələsi də müzakirə olunacaq.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, İsveç və Finlandiya iyunda Madriddə keçiriləcək NATO sammitində dövlət və hökumət başçıları səviyyəsində iştirak edəcək.