Cənubi Koreyada ofis binası yanıb, 7 nəfər ölübbackend

Cənubi Koreyada ofis binası yanıb, 7 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın Tequ şəhərində yerləşən yeddimərtəbəli ofis binasında yanğın olub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, daha 46 nəfər xəsarət alıb.

Alovun söndürülməsinə 50 yanğınsöndürmə maşını və 160 yanğınsöndürən cəlb edilib.

Hadisənin səbəbləri araşdırılır. Yanğının qəsdən törədilməsi ehtimalı istisna olunmur.