Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnterpress.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1975-ci il təvəllüdlü Quliyev Ümidvar Firudin oğlu bıçaqlanıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, onu tanıdığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.