İzmirdə atışma olub, yaralananlar varbackend

İzmirdə atışma olub, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda avtomobilə baxış keçirməyə gələn polisə atəş açılıb.

polisin cavab atəşi ilə silahlı atışmaya çevrilən olayda 1-i polis olmaqla 2 nəfər yaralanıb.

Məlumata görə, avtomobillə hadisə yerindən qaçan şübhəlilər yaralanan şəxsi xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hüquq-mühafizə orqanının əməkdaşı isə ayağından yaralanıb.

Hadisədən sonra çox sayda şəxsin saxlanıldığı qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.