İnterpress-in Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baxçaşəhər məhəlləsində hazırda tikilməkdə olan çoxmərtəbəli binada yük daşınması üçün nəzərdə tutulan lift yerə çırpılıb. 24-cü mərtəbədən şaxtaya düşən liftin içərisində olan 3 fəhlə hadisə yerində ölüb. Hazırda fəhlələrin meyitlərinin uçqun altından çıxarılması davam edir.
İnterpress.az