Sabirabadda yol qəzası: ölən və yaralananlar varbackend

Sabirabadda yol qəzası: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

İnterpress.az bildirir ki, hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.

Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. (trend)