Göyçayda 17 yaşlı yeniyetmə kanalda çimərkən boğulub.
İnterpress.az xəbər verir ki, Bığır kənd sakini, 2005-ci il təvəllüdlü Qurbanov Əlibala Yalçın oğlu rayonun Qızılarx kəndi ərazisindəki kanalda çimərkən ehtiyatsızlıqdan boğularaq ölüb.
Ə.Qurbanovun 11-ci sinif şagirdi olduğu bildirilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.