Goranboyda avtomobillər toqquşub: 1 ölübackend

Goranboyda avtomobillər toqquşub: 1 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.