Rus ordusu Ukraynanın Odessa şəhərini darmadağın edib, ölənlər varbackend

Rus ordusu Ukraynanın Odessa şəhərini darmadağın edib, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Raket hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 3-ü uşaq olmaqla daha 30 nəfərin yaralandığını bildirib.

Dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfər xilas edilib.

***

Saat 05:09

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

Raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovsk rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, – deyə məlumatda deyilir.

Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.

İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.