Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsində müharibənin bitmə vaxtı ilə bağlı yeni proqnozunu açıqlayıb.
Bu barədə o Mark Feyqinlə canlı yayımda deyib.
O müharibənin 2,5 ildən sonra bitəcəyini proqnoz edib.
Arestoviçin sözlərinə görə, Rusiya ordusu Ukraynada hər hansıüstünlüyə nail olmaq imkanını artıq itirib.
O, həmçinin bildirib ki, bu ay müharibənin taleyi baxımından həlledici aydır. Avqustun əvvəlinə kimi gedişat öz sözünü deyəcək.