“Moody’s”: “Belarus xarici borcunu defolt edib”backend

“Moody’s”: “Belarus xarici borcunu defolt edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moody’s beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

Bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.

Çərşənbə günü (13 iyul – Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər “Belarus-27” onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:

“Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur”, – agentliyin açıqlamasında deyilir.