Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Məkkədə Ümrə ziyarəti (kiçik Həcc) edib.
“İyulun 24-də dövlət başçısı Qasım-Jomart Tokayev İslamın əsas ziyarətgahında – Məkkə şəhərində Ümrə ziyarəti (kiçik Həcc) etdi”, – mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Prezident müstəsna hallarda qapıları hörmətli qonaqlar üçün açıq olan Kəbəyə daxil olub.