ABŞ və Ukraynanın müdafiə nazirləri Lloyd Ostinlə Aleksey Reznikov telefonla danışıb.
Bu barədə Pentaqonun rəsmi saytı məlumat yayıb.
Tərəflər söhbət zamanı raket sistemlərinin tədarükü məsələsini müzakirə ediblər.
Danışıqlarda Lloyd Ostin Aleksey Reznikovu əmin edib ki, Birləşmiş Ştatlar Ukraynaya avadanlıq göndərmək üçün hər cür səy göstərir.
Pentaqon rəsmisi, həmçinin Ukrayna Silahlı Qüvvələrinə dörd HIMARS veriləcəyini bildirib.