Rusiya donanması tezliklə hipersəs raketləri ilə silahlandırılacaqbackend

Rusiya donanması tezliklə hipersəs raketləri ilə silahlandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Kronştadtda ölkənin Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən paradda çıxışı zamanı bildirib ki, yaxın gələcəkdə Silahlı Qüvvələrə “Zirkon” hipersəs raket sistemlərinin çatdırılmasına başlanılacaq.

O qeyd edib ki, ilk belə raketlər “Admiral Qorşkov” gəmisində quraşdırılacaq.

Putin, həmçinin “Admiral Qorşkov” gəmisinin fəaliyyət göstərəcəyi ərazinin Rusiyanın təhlükəsizlik maraqları əsasında seçiləcəyini qeyd edib.

Mənbə: news.ru