Yaylaq Festivalında narazılıqların səbəbkarı yüksək vəzifəyə təyin olundu – ÖZƏLbackend

Yaylaq Festivalında narazılıqların səbəbkarı yüksək vəzifəyə təyin olundu – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə II Milli Yaylaq Festivalında narazılıqların səbəbkar olduğu iddia edilən Müzadil Həsənov yüksək vəzifəyə təyin olunub.

Bu barədə İnterpress.az-a etibarlı mənbədən məlumat daxil olub.

Qeyd olunub ki, festivalın təşkilatçısı, layihə rəhbəri M.Həsənov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl keçirilmiç II Milli Yaylaq Festivalında M.Həsənovun təşkilatçılıq səviyyəsi görə qonaqların ciddi narazılığına səbəb olub. Belə ki, festivala gələn qonaqlar yollarda nəqliyyatın düzgün idarə edilməməsi, böyük tıxacların yaranması, hava şəraiti və yol infrastrukturunun nəzərə alınmaması ilə bağlı ciddi iradlar səsləndiriblər.

Festivalda qonaqların qarşılaşdığı bu narazılıq bir neçə gün ölkə gündəmini zəbt edib.

Maraqlıdır ki, heç vaxt tıxac yaranmasından əziyyət çəkməyən regionda tıxacın yaranmasına səbəb olan M.Həsənov belə bir yüksək vəzifəyə necə təyin olunub?

Əlavə olaraq qeyd edək ki, festival zamanı Müzadil Həsənovun tabeçiliyində olan qurum festival ərazisinə daşınma xərclərini 0.50 qəpik kimi elan etməyinə baxmayaraq sürücülər tıxacların olmasını əsas gətirərək sərnişinlərdən 2 manat tələb ediblər.

Bundan əlavə, vəzifəyə təyin olunduğu ilk gündən etibarən ictimai nəqliyyatdan istifadə edən şəhər sakinləri naməlum səbəblərdən şəhərin müxtəlif yerlərində avtobusları tərk etməyə məcbur ediliblər.