Türkiyənin Təcrübə Paylaşımı Proqramı (TPP) tələbələri Gürcüstana səfərləri çərçivəsində Kvemo Kartli bölgəsinin Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində yerləşən Aşıq Kamandarın ev müzeyini ziyarət ediblər.
Aktual.ge xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Gürcüstanı ziyarət edən gənclər ötən axşam Aşıq Kamandarın ev müzeyində olublar və burada onlara professor Mahmud Kamaloğlu türk dünyasının böyük ozanının həyatı və haqqında məlumat əldə ediblər.
Belə ki, Türkiyənin 10-a yaxın ali təhsil ocaqlarından gələn gənclər, Yeni Düşüncü İnsitutunun şagirdləri ilə birgə böyük ozanın müzeyini ekskursiya etdikdən sonra onların üçün saz söz məclisidə təşkil edilib.
Burada çıxış edən TİKA-nın Tbilisi Koordinatoru Tuba Özütok TPP haqqında məlumat verib: “Türkiyənin Təcrübə Paylaşımı Proqramı artıq bir neçə ildir ki, davam edir və ölkəmizdən olan gənclər müxtəlif ölkələrə səyahət edərək həmin ölkənin gəzməli, görməli, mədəni və təhsil ocaqlarını, müzeylərini ziyarət edirlər və öz bilgilərini paylaşırlar. O cümlədən də TPP gəncləri bu il Gürcüstana gəldilər”.
Gənclərin təqribən bir həftədir Gürcüstanda olduğunu xatırladan Tuba Özütok deyib: “Gənclərimiz bir sıra mədəniyyət və təhsil mərkəzlərində oldular, bu gün isə TİKA tərəfindən restarvasiya və müzeyə çevrilən Aşıq Kamandarın ev müzeyinə gəldik. TPP gənclərinin burada soydaşları ilə tanış olması çox xoş bir haldır, üstəlik mədəniyyətimizin bir hissəsi olan aşıq, saz söz və ozançılıqla tanış olmaları kültürümüzə yaraşan bir forma təşkil edir”.
Tədbirin sonunda gənclər ailə fotosu çəkdirib və daha sonra onlar üçün furşet süfrəsi açılıb.