“Liverpul”u məğlub edən “Mançester Yunayted” çempionatdakı ilk qələbəsini qazandı – VİDEObackend

“Liverpul”u məğlub edən “Mançester Yunayted” çempionatdakı ilk qələbəsini qazandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında üçüncü turun sonuncu görüşü başa çatıb.

İki turdan sonra xala həsrət qalan “Mançester Yunayted” turnirə uğursuz başlayan və son iki matçdan heç-heçə ilə ayrılan “Liverpul”la qarşılaşıb.

“Old Trafford”da baş tutan oyunun əlamətdar hadisələrindən biri ev sahibi komandanın hücumçusu Ronaldunun start heyətində yer almaması və yalnız 85-ci dəqiqədə meydana çıxması olub.

Matçın nəticəsində gəlincə, “qırmızı şeytanlar” bu dəfə nəhayət ki “şeytanın qıçını sındırmağı” bacarıb və Premyer Liqada ilk xallarını qələbə ilə qazana biliblər – 2:1.