Belçika kral ailəsində toy olubbackend

Belçika kral ailəsində toy olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Kraliçası Matildaın kiçik qardaşı qraf Şarl-Anri d’Yudekem d’Akos çoxdankı sevgilisi Karolin Filipplə evlənib.

Toy Fransanın Normandiyada yerləşən Pon-l’Evek şəhərində, cütlüyün ailəsi və dostlarının iştirakı ilə baş tutub.

Qonaqlar arasında Belçika Kraliçası Matilda, onun əri Kral Filip və üç övladı – şahzadə Elizabet, şahzadə Eleanor və şahzadə Emmanuel, həmçinin bəyin və Belçika kraliçasının anası qrafinya Anna-Mari d’Yudekem d’Akos da olub.

Qeyd edək ki, evlənməzdən əvvəl Kraliça Matildanın 37 yaşlı kiçik qardaşı baron titulunu daşıyırdı, lakin evləndikdən sonra o, qraf olub. Şarl-Anri Belçikada yaşayır və vəkil işləyir. Onun həyat yoldaşı isə ixtisasca investisiya bankiridir.

Mənbə: gazeta.ru