Poqba əməliyyat olunubbackend

Poqba əməliyyat olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Yuventus” futbol komandasının yarımmüdafiəçisi Pol Poqba diz qapağından əməliyyat olunduğunu açıqlayıb.

Bu barədə futbolçu sosial şəbəkə hesabında yazıb.

“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalıb meydana qayıtmaqdır. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm.

Psixoloji cəhətdən bütün çətinliklərə, travmalara və digər problemlərə baxmayaraq, yaxşıyam. Biz ancaq irəliləyirik”, – Poqba yazıb.

İlkin məlumata görə, 29 yaşlı yarımmüdafiəçi 6 həftə oyunlarda iştirak etməyəcək.