Danimarka Silahlı Qüvvələrinin rotasiya kontingenti “Leopard” tankları ilə Estoniyaya çatıb.
Bu barədə Estoniyanın “ERR” dövlət yayım şirkəti məlumat yayıb.
Yeni Danimarka kontingenti Yutland draqon alayının 1-ci batalyonunun 2-ci eskadronu əsasında yaradılıb.
Bölməyə “Leopard 2A7” tankları və logistika xidmətləri daxildir. Estoniyaya ilk dəfədir ki, belə zirehli maşınlar yerləşdirilir.
Danimarka kontingenti Tapa şəhərindəki hərbi düşərgədə yerləşdirilib. O, Estoniya Müdafiə Qüvvələrinin 1-ci piyada briqadasına bağlı NATO döyüş qrupunun bir hissəsi olacaq.






