“Cənubi Qafqazda 30 ildir ki, gərginlik bitmir” – Politoloq rəyibackend

“Cənubi Qafqazda 30 ildir ki, gərginlik bitmir” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sülh prosesinə gəlmək fikri yaranmağa başlamış olsa da, belə təxribatçı hərəkətlərlə onu fikrindən daşındırırlar”.

Bu sözləri Ermənistanın və ona dəstək verən qüvvələrin Azərbaycana qarşı tutduğu təxribatçı mövqeni dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, düşmən cəbhəsi təxribatları hər keçən gün artırmaqda davam edirlər. Ermənistanın əsas arxayınlığı Rusiya “sülhməramlıları”nın bölgədə olması, İranın Ermənistana açıq dəstək verməsi, Fransa və ABŞ-nin Ermənistana dəstək verməsi və sairdən qaynaqlanır:

“Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin istənilən təxribatının qarşısını almağa qadirdir və belə də edir. Amma görünən odur ki, Ermənistanın və erməniləri müti qul xislətini anlayan həmin sözügedən dövlətlər bu fürsəti boşa vermək niyyətində olmadıqlarını hər addımda göstərməyə çalışırlar. Əgər Ermənistanın və ona dəstək verən qüvvələrin etdiyi təxribatçı hərəkətləri Azərbaycan tərəfi etsəydi, o zaman sözügedən dövlətlərin hər biri Ermənistanın müdafiəsinə qalxacaqdı. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sözügedən dövlətlərin maraqlarına uyğun gəlmir. Məhz buna görədir ki, əsas istəkləri Ermənistan-Azərbaycan arasında danışıqlar prosesini beşiyindəcə pozmaqdır.

Xatırlatmaq yerinə düşər ki, bir neçə gün öncə Azərbaycan tərəfi beş erməni terrorçunu Ermənistana təhvil verərkən hətta İran daxil bütün sözügedən dövlətlər bunu xoş qarşıladıqlarını bildirdilər. Amma 12 Sentyabr hadisələrində isə Azərbaycana dəstək məsələsi qətiyyən gündəmə gəlmədi. Üstəlik İran XİN sözçüsü Ermənistan leyhinə bəyanatlar səsləndirərkən Rusiya KTMT nümayəndəsini Ermənistana göndərir, Fransa və ABŞ tərəflərə dərhal atəşkəs çağrışı edir. Həmin dövlətlər digər məsələlərdə ziddiyyətli fikirlərə sahib olsalar da, Qarabağ məsələsində Ermənistanın yanında yer almağa çalışırlar. Azərbaycana dildə həmrəylik göstərsələr də, əməldə bunun əksini nümayiş etdirirlər. Məhz buna görədir ki, Cənubi Qafqazda 30 ildir ki, gərginlik bitmir”.