İlham Əliyev: “Ermənistanın təxribatı münasibətlərin normallaşması prosesinə zərbədir”backend

İlham Əliyev: “Ermənistanın təxribatı münasibətlərin normallaşması prosesinə zərbədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

“Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan 5 əsas prinsipi təklif edib. İndi isə biz ilkin şərtlər irəli sürmədən və süni ləngimələrə yol vermədən sülh müqaviləsi layihəsi üzərində işə başlamalıyıq. Amma təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan tərəfi Azərbaycan ilə dövlət sərhədində irimiqyaslı hərbi təxribat həyata keçirib. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”, – Prezident bildirib.

Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.