İlham Əliyev Astanada AQEM-in Zirvə Toplantısının iştirakçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edibbackend

İlham Əliyev Astanada AQEM-in Zirvə Toplantısının iştirakçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.