Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq.
Bu barədə İnterpress.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədov Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün oktyabrın 30-da bu ölkənin Brazilia şəhərinə səfər edəcək.
O, səfər çərçivəsində həmçinin Braziliya parlamentində bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər noyabrın 4-də başa çatacaq.