İspaniya: Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcəkbackend

İspaniya: Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın baş naziri Pedro Sançes deyib ki, Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belçikanın baş naziri Alexander De Croo və İspaniyanın baş naziri Sançes dünən İsrail və Fələstində keçirdikləri görüşlərdən sonra bu gün Misirdə danışıqlar aparıblar.

Misirdə mətbuata açıqlama verən Sançez İspaniyanın qısa müddətdə Fələstin dövlətini tanıyacağına işarə edib.

“Beynəlxalq ictimaiyyətin və Avropa İttifaqının Fələstin dövlətini tanımasının vaxtıdır. Bu, dəyərli və əhəmiyyətli bir şeydir. Bunu AB ilə birlikdə etməliyik, lakin Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını versin”, o əlavə edib.

Keçən həftə İspaniya parlamentində hökumətinin etimad səsverməsi sessiyasındakı çıxışında Sançes yeni qurulan hökumətin prioritetlərindən birinin Fələstin dövlətinin tanınması olacağını bildirib.