Ermənistan prezidenti: “Azərbaycanla münasibətlərin normallaşması regionun inkişafı üçün ilkin şərtdir”backend

Ermənistan prezidenti: “Azərbaycanla münasibətlərin normallaşması regionun inkişafı üçün ilkin şərtdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bütün region ölkələrinin gələcək inkişafı üçün ilkin şərtdir”.

İnterpress.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vaaqn Xaçaturyan Litva-Ermənistan parlament dostluq qrupunun rəhbəri Raymundas Lopata ilə görüşündə deyib.

V.Xaçaturyan qeyd edib ki, Ermənistan Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə olunmasında maraqlıdır.

Görüş zamanı Ermənistan-Litva əməkdaşlığının gündəliyindəki məsələlər də müzakirə olunub.