Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 274,4 milyon ABŞ dolları məbləğində satış olub.
İnterpress.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 % azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 427 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 4,1 % çoxdur.