İsrail İspaniyadakı səfirini geri çağırıbbackend

İsrail İspaniyadakı səfirini geri çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Pedro Sançesin İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyinə dair açıqlamalarından sonra ölkəsinin səfirini Madriddən geri çağırmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Belə ki, Baş nazir Sançesi günahlandırıblar.

Ölkəsinin “beynəlxalq hüquqa uyğun hərəkət etdiyini” iddia edən Koen İsrailin Madrid səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdiyini açıqlayıb.

Koen qeyd edib ki, onlar “Həmas məhv edilənə və bütün israilli məhbuslar azad edilənə qədər” Qəzzaya hücumları davam etdirəcəklər.

Netanyahu İspaniya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını əmr edir

Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu İspaniyanın Təl-Əvivdəki səfirinin Sançesin sözlərinə görə Qərbi Qüdsdəki Xarici İşlər Nazirliyinə çağırılmasını əmr edib.

Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada, Netanyahunun Sançesin açıqlamalarına reaksiya olaraq İspaniya səfirinin Nazirliyə çağırılmasını tələb etdiyi bildirilib.

İsrailin Qəzza zolağına hücumlarına toxunan Sançez: “Baxdığımız görüntülər, xüsusilə də qız və oğlanların ölümləri, açıq şəkildə İsrailin beynəlxalq insan haqlarını yerinə yetirməsinə dair şübhələrimi artırır” .