Saqareco bələdiyyəsinin Keşəli kəndində keçmiş arvadını yaralayan və qadının hazırki ərini qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilir ki, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsinin Keşəli kəndində keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü qadını və onun hazırki əri 1987-ci il təvəllüdlü şəxsi yaralayaraq hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində 35 yaşılı kişi hadisə yerindəcə dünyasını dəyişib, yaralı qadın isə xəstəxanaya yerləşdirilib, müvafiq tibbi yardım göstərilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Xeyir Xəbərovu təqsirləndirilən şəxs qismində həbs ediblər. Polis cinayətdə istifadə olunan silahı maddi sübut olaraq müsadirə edib. Faktla bağlı Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə İstintaq aparılır, bu maddələr ağırlaşdırıcı şəraitdə iki və ya daha çox şəxsi öldürməyə cəhd və qanunsuz olaraq odlu silahın alınması, saxlanması və gəzdirilməsini nəzərdə tutur. Saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.