Varşava polisi yanacaqdoldurma məntəqəsindən oğurluq edən iki Gürcüstan vətəndaşını saxlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, saxlanılan şəxslər stansiyanın əməkdaşından yanacaq doldurmağı xahiş edib, bu zaman biri onunla söhbətə başlayıb, digəri isə stansiyanın inzibati otağına girib.
Təqsirləndirilən şəxslər qaçmağa cəhd edərkən yaxalanıb. 26 və 27 yaşlı gənclər saxlanılıb.
Onlara qarşı qrup halında oğurluq maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə 2 aylıq həbs-qətimkan tədbiri seçib.