Ötən həftə Filippində yoxa çıxan təyyarənin qalıqları 5 günlük axtarışlardan sonra tapılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, ölkənin şərqindəki İzabela əyalətinin rəsmiləri noyabrın 30-da yoxa çıxan Filippin Hərbi Hava Qüvvələrinə məxsus “Piper PA-32-300” tipli kiçik təyyarənin qalıqlarının San Marianoda tapıldığını açıqlayıb.
Səlahiyyətlilər təyyarədəki pilot və sərnişinin axtarışlarının davam etdiyini bildirib.
Noyabrın 30-da Kauayan hava limanından havaya qalxan təyyarə bir müddət sonra radarlardan itib.
Dekabrın 1-dən əlverişsiz hava şəraiti səbəbindən təyyarənin tapılması üçün havadan axtarış işləri dayandırılmışdı.