Dünyanın aparıcı kriptovalyutası – bitkoin 43,8 min ABŞ dollarına kimi bahalaşıb.
İnterpress.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 5 %, son 7 gündə isə 15 % artıb. Nəticədə bitkoinin kapitallaşması 857 milyard ABŞ dollarına kimi yüksəlib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,5 %, son bir həftədə isə 10 % artaraq 2 262 ABŞ dollarına çatıb.
İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Avalanche” (AVAX) olub. Kriptovalyuta son bir sutkada 17 %, son bir həftədə isə 23 % bahalaşıb.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,6 trilyon ABŞ dollarıdır.