Rusiyada iki qadını öldürməkdə ittiham olunan şəxs yenidən cəbhəyə gedərək cəzadan yayınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Maksim Fisun 2018-ci ildə bir qadını bıçaqlayaraq öldürüb və 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəzasının yarısını belə çəkmədən hərbi əməliyyatlarda iştirak etmək üçün cəbhəyə yollanıb və daha sonra evə qayıdıb.
Bir neçə il sonra taksi sürücüsü işləyən Fisun 61 yaşlı qadın sərnişini öldürüb. Bildirilir ki, o, qadına 24 bıçaq zərbəsi endirib.
Məlumatda qeyd olunur ki, Fisun bu dəfə də hərbi əməliyyatlarda iştirak etmək üçün cəbhəyə yollanıb və bununla yenidən cəzadan yayınıb.

Xuraman Etibarlı
İnterpress.az






