29 oktyabr 2026-cı il tarixində Türkiyə Respublikasının yaranmasının 103-cü ildönümü – Cümhuriyyət Bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda, Gülüstan sarayında rəsmi qəbul keçirilib.
İnterpress.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün ev sahibliyi etdiyi tədbirdə Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizin dəyərli ziyalıları və tanınmış ictimai xadimləri iştirak ediblər.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlıq bağlarına söykənir. “Bir millət, iki dövlət” fəlsəfəsi ilə möhkəmlənən bu birlik hər zaman olduğu kimi, bu gün də xalqlarımızın ən böyük mənəvi gücüdür.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Sevincimiz də, kədərimiz də, uğurlarımız da ortaqdır. Türkiyə–Azərbaycan qardaşlığı sarsılmaz, birliyimiz əbədi olsun!
Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!






