Kaxetidə suyun içilməsi müvəqqəti QADAĞAN EDİLDİbackend

Kaxetidə suyun içilməsi müvəqqəti QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Kaxeti bölgəsində içməli suda nitrat norması aşdığı aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti məlumat yayıb.

Gürcüstanın şərqində yerləşən Kaxeti bölgəsinin Siğnaği bələdiyyəsində içməli suda nitratların miqdarının yol verilən normadan artıq olduğu müəyyən edilib. Bununla əlaqədar su təchizatı şirkəti suyun içmək üçün istifadəsini müvəqqəti qadağan edib.

Şirkətin texniki və ekspert qrupları su təchizatı sistemində kompleks yoxlamalar aparır.

Məhdudiyyətin qüvvədə olduğu müddətdə su yalnız texniki məqsədlər üçün verilir.

Şirkət bildirib ki, məhdudiyyət tətbiq olunan abonentlər həmin dövr üçün içməli suya görə hesablanmış ödənişlərdən tam azad ediliblər.

Xuraman Etibarlı

İnterpress.az