Gürcüstanın Batumi şəhərində, Tamar Mepe şosesində minik avtomobili ilə bələdiyyə avtobusu toqquşub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
“Batumelebi” nəşrinin yazdığına görə, minik avtomobili avtobusa dayanmış vəziyyətdə olarkən çırpılıb.
Məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Təcili Tibbi Yardım xidmətindən bildiriləm məlumata əsasən, yaralılar müxtəlif xəsarətlərlə respublika və göndərişli xəstəxanalara yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.