Gürcüstanda təqsirləndirilən şəxs azyaşlı övladına qarşı etdiyi zorlama faktlarına görə ömürlük həbs cəzasına məhkum edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata əsasən, məhkəmə prosesində təqdim olunan dəlillər sübut edib ki, müttəhim öz azyaşlı övladına qarşı nalayiq hərəkətlər edib və müxtəlif vaxtlarda sistematik şəkildə onu zorlayıb.
Bundan başqa o da məlum olub ki, sözügedən şəxs yetkinlik yaşına çatmayan övladının gözü önündə həyat yoldaşına da işgəncələr verib.
Cinayəti törədən şəxs 16 yaşına çatmamış ailə üzvünə qarşı zorlama faktı, öz ailə üzvünə qarşı zorakılıq və zərərçəkmişə yalan ifadə verməyə və dəyişdirməyə məcbur etmə maddələri ilə ittiham edilib.
Məhkəmə təqsirləndirilən şəxsi təqdim olunmuş ittihamlar üzrə tam təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.